Şizofreniya

Şizofreniya nədir ? Əlamətləri nələrdir .Şizofreniya ciddi ruhi xəstəlikdir .Pisxozun ən cox gorunən formasidir.Xəstəlik 70-80 faiz genetik faktorlarla ortaya cixir.

Şizofreniya

Axşaminiz xeyir olsun dəyərli oxucular .Yeni postumuz ; 

???? ŞIZOFRENIYA NƏDIR ?

????Şizofreniya ciddi ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. (Psixoz – reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir). Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. Xəstəlik 70-80 faiz hallarda genetik faktorlarla ortaya çıxır.

???? Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı intelektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür.

????Şizorfreniyanin müalicəsinin mümkün olmadığı, xəstənin vəziyyətinin heç bir halda yaxşılaşmayacağı kimi yanlış təsəvvür var. Məhz belə olduğu üçün həkimə müraciətlər çox gecikir. Bəzən isə heç həkimə müraciət edilmir. Nəticədə şizofreniya xəstəsinin vəziyyəti daha da pisləşir.