İş goruşməsinə necə hazirlaşmaq lazimdir.

İndiki vaxtda iş ,karyera həyatimizin en önəmli hissesi olub .Secdiyiniz vakant yerə qebul olmaq ucun ilk öncə yaxşi CV olmalidir ..CV çalişib duzgun şəkildə həmin vakant yerə uygun yazmaq lazimdir .Duzgun CV və yaxşi musahibə cox önəmlidir .

İş goruşməsinə necə hazirlaşmaq  lazimdir.

Salam hərvaxtiniz xeyir olsun dəyərli oxucular.Bu gun sizlərə yeni bir post yazacam .Deyə bilərəm ki hər kəsin iş həyatinda faydali ola biləcək bir movzudur .Coxumuz iş həyatinda müəyyən cətinliklərlə qarşilaşmişiq ,hansi ki iş goruşmələrindən ,musahibələrdən mənfi rəylər aldigimiz olub .İndi yazacagim post azda olsa bu problem həll edməyə yardimci olacaq .İndi isə kecid edək postumuza ..

8 karyera məsləhəti.

 1. CV-nizə xüsusi diqqət yetirin, qrammatik səhvlərə qətiyyən yol verməyin. Çox istədiyiniz vakansiyalara özəl CV hazırlayın. 

 2. Müsahibəyə əvvəlcədən hazırlaşın, şirkəti, gələcək planlarını araşdırın. Özünüzlə bağlı çox verilən suallara cavab düşünün. 

 3. Müsahibəyə nə gecikməyin, nə də çox tez gedin. Telefonunuzun bateryası dolu olsun, müsahibə vaxtı isə səssiz rejimə qoyun və telefona baxmayın. 

 4. Yazdığınız imeyllərə diqqət edin, elektron poçt ünvanınız öz ad və soyadınız olsun. İmeyli başlıqsız göndərməyin.

 5. CV-nizə özünüz baxın. Nələr diqqətinizi çəkdi? Siz İR-dan olsanız nəyi soruşardınız? Həmin suallara cavab hazırlayın.

 6. Əvvəlki iş yeriniz, oxuduğunuz yer haqqında mənfi danışmayın. Şikayət etməyiniz sizin haqqınızda xoş təəsürat yaratmayacaq. 

 7. Linkedin hesabınızı daim aktiv saxlayın, özünüzə professional profil yaradın.

 8. Ən əsası, iş axtarma dönəmi nə qədər çətin olsa da, səbir və inamınızı itirməyin, hər bir uğursuz müsahibəni dərs kimi qiymətləndirin, nəticələr çıxarmağa çalışın.